Yuxarı

Türkiyəli nazir Şəhidlər xiyabanını ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli nazir Şəhidlər xiyabanını ziyarət etdi

Türkiyənin ticarət naziri Ömər Bolatın başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Axar.az xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Türkiyəli nazir şəhidlərin ruhunu hörmətlə anıb və bildirib ki, onların 105 il öncə göstərdiyi şücaət və qəhrəmanlığın nəticəsi olaraq bu gün də Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri uğurla davam edir.

Sonra Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Tarix
2023.12.21 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla