Yuxarı

"Azercell"dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün eSIM “Asan İmza” xidmətini təqdim edir

Ölkədə ilk dəfə 2013-cü ildə gücləndirilmiş elektron imzanı təqdim edən Azercell, xidmətin texniki operatoru B.EST Solutions şirkəti ilə birlikdə müştərilərə daha innovativ, rahat və təhlükəsiz eSIM “Asan İmza” həllini istifadəyə verir.

Azərbaycan telekommunikasiyasında ilk dəfə tətbiq olunan eSIM “Asan İmza” yeni nəsil SIM texnologiyasını və əl imzasına bərabər tutulan “Asan İmza” mobil elektron imzanı özündə birləşdirir. eSIM “Asan İmza” istifadə etmək üçün daha fiziki SIM karta ehtiyac yoxdur.

eSIM “Asan İmza” xidmətini 3 yolla əldə etmək mümkündür:

1. https://azercellim.com/ onlayn satış platformasından;

2. istənilən Azercell satış ofisindən;

3. “Asan İmza” fiziki SIM nömrəsini eSIM “Asan İmza” nömrəsinə daşımaqla. Bunun üçün https://azercellim.com/ saytında istifadəçinin şəxsi imzasına alternativ olaraq SMS vasitəsilə göndərilən birdəfəlik koddan (OTP) istifadə edilir. Daşınma əməliyyatı üçün hesabda nəzərdə tutulmuş məbləğin (3.54 AZN) olması yetərlidir.

Yeni nəsil eSIM “Asan İmza” xidmətinin əsas üstünlüklərindən biri də onun daha təhlükəsiz olmasındadır. Belə ki, virtual kart oğurlana və ya itirilə bilməz.

“Asan İmza” mobil elektron imza həm dövlət, həm də özəl sektorda 2000-dən çox elektron xidmətdə istifadə olunur.

eSIM “Asan İmza” xidməti haqqında ətraflı məlumat üçün:

https://www.azercell.com/az/personal/plans-and-services/esim.html

Vətəndaşlar 1847 – “Asan İmza” Çağrı Mərkəzinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına məktub yazmaqla xidmətlə bağlı suallarına cavab ala bilərlər.

Tarix
2023.12.22 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla