Yuxarı

Bu küçə istifadəyə verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu küçə istifadəyə verildi - Foto

Nizami rayonunun Bəkir Çobanzadə küçəsində təmir-tikinti işləri həyata keçirilib.

Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, təmir-tikinti işləri küçənin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılıb. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 924, küçənin ortalama eni isə 15 metrdir.

Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi yenilənib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yeniləri ilə əvəzlənib. Yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə) yolun hərəkət hissəsindən kənara köçürülüb.

Piyadalar üçün isə 1,5 metr enində yeni səkiləri yaradılıb.

Təmir-tikinti işləri çərçivəsində Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirməsi işləri aparılıb. Nəticədə yolun hərəkət hissəsi təqribən 300 metrlik məsafədə 5 metrə yaxın genişləndirilərək 12 metrə çatdırılıb.

Sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün isə 2 ədəd xüsusi "cib"li dayanacaqlar yaradılıb.

Tarix
2016.02.02 / 15:33
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyev Tokayevlə görüşdü - Foto

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla