Yuxarı

Tanınmış jurnalist müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış jurnalist müraciət etdi

"Qarabağ Tudey" (Karabakh Today) saytı bır sıra çətinliklə üzləşib.

Axar.az xəbər verir ki, bu barədə saytın baş redaktoru Zaur Qəriboğlu şəxsi Feysbuk səhifəsində məlumat verib. Jurnalistin sözlərinə görə, sayt fəaliyyətə başladığı gündən böyük oxucu auditoriyası toplaya bilib:

"Çox sevindirici haldır ki, "Qarabağ Tudey" (karabakh.today) saytı 5 dildə - Azərbaycan, ingilis, rus, ispan və türk - fəaliyyət göstərir. Sayt 3 gündür oxucuların qarşısına çıxmasına baxmayaraq, auditoriyamızın əsasını xarici ölkələr təşkil edir. Bunların arasında ilk sıralarda ABŞ, İngiltərə, İspaniya, Meksika, Türkiyə, Almaniya, Rusiya, İsrail və digər ölkələr var. Biz Azərbaycan brendinə çevriləcəyimizə inanırıq. Əsas odur ki, bu işi pulsuz, məhdud insan qüvvəsi və ən əsası öz gücümüzlə edirik. Göstəririk ki, pulsuz da bu dövlətə, bu millətə xidmət etmək olar".

Jurnalist hazırda ciddi maliyyə çətinliyi olduğunu bildirib:

"Bu gün oturmağa ofisimiz yoxdur. Müvəqqəti bir yerdəyik, ayın 10-a kimi ofisin boşaldılması üçün vaxt verilib. Görünür, Qarabağın adı kimi, qaçqın olaraq, internet klublarda fəaliyyətimizi davam etdirəcəyik. Bütün vasitələrlə "Bu dövlətə, bu millətə xidmət etməyin" deyirlər. Biz bütün varlığımızla cənab Prezident İlham Əliyevə inanır, güvənir, onun xarici siyasətini, Qarabağ siyasətini dəstəkləyirik".

Z.Qəriboğlu portalın gələcək fəaliyyətindən narahat olduğunu bildirərək, bütün vicdanlı insanları bu məsələdə onlara dəstək olmağa çağırıb.

Tarix
2016.02.04 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla