Yuxarı

Kamran Əliyev onları təqaüdə göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif olunub.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, yanvarın 8-də Baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi Müqəddəs Sultanov, Samux rayon prokuroru Mayıl Hacıyev və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru İlham Səlimovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.

Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.

Daha sonra tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.

Tarix
2024.01.08 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Ruttenin bu sözünə görə Polşaya hücum etdi

Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı

Sülhün imzalanması hər şeyin bitdiyi demək deyil - Mirzoyan

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında...

Bakı ilə əməkdaşlıq dövrü başladı - Yengibaryan

Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?

Hikmət Hacıyev ABŞ-da: 907-ci düzəliş ləğv edilməlidir!

Rəsmi Bakı Qətərə hücumdan narahatdır

Azərbaycan və AB arasında əməkdaşlıq müzakirə olundu

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla