Yuxarı

Zəngəzur haqqında məqalə Vikipediyada redaktə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin könüllüləri tərəfindən Vikipediyanın özbək dili bölməsində Zəngəzur barədə məqalə əsaslı redaktə olunub.

Bu barədə Axar.az-a AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Onun sözlərinə görə, məqalədə XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında özbək dilində oxuculara geniş və ətraflı məlumatlar verilib.

Özbək dilində redaktə olunmiş məqalədə tarixi sənədlərə isnad edilib və Fransanın “L'OEuvre jurnalı”nda 1920-ci il iyulun 14-də dərc olunmuş məqalənin fotoşəkili əks olunub. Jurnalda dərc olunmuş məqalədə isə Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında həmin ilin iyul ayının 1-də imzalanan müqaviləyə əsasən Azərbaycan ərazisi olan Zəngəzur bölgəsinin Ermənistana verilməsi faktı da əks olunub.

Vikiməqalənin “Zangezur koridori” adlı bölməsində Zəngəzur dəhlizi haqqında da məlumatı öz əksini tapıb.

Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin açılması məsələsidir.

Məqalədə 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin quruculuq işlərinin təməlqoyma mərasimində iştirakları, erməni işğalçılarından azad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı barədə məlumatlar və fotoşəkillər də öz əksini tapıb.

Tarix
2024.01.17 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Şok: İrəvanda azərbaycanlılar "Qarabağ" oxudu - Video

Ərdoğan “Zəngəzura bu ölkə mane olur” demişdi: ancaq 4 ölkədir

Azərbaycan-İsrail əlaqələri müzakirə edildi

Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN

Rubio bu ölkəyə tələblə gedir: ABŞ gücə al ata bilər!

İrəvan Bakının layihəsinə qoşulmaq istəyir

Bakı ilə bunu həyata keçirmək niyyətindəyik - Paşinyan

Maskın şirkətində Süleyman Kərimovun da payı var imiş

Milyard dollarlıq layihə: Soydaşlarımızın yaşadığı bu kəndlər...

SSRİ arxivindən sənəd: Zəngəzur yolu kimindir? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla