Fevralın 8-də Bakıda və Abşeron yarımadasında havanın
arabir yağıntılı olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində
sulu qara keçəcəyi ehtimalı var.
Axar.az xəbər verir ki, günün ikinci yarısında havanın dəyişkən
buludlu olacağı gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi
günün ikinci yarısında mülayimləşəcək. Temperaturun gecə 0-2° isti,
gündüz 2-5° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı
olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman
olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə
3-8° şaxta, dağlıq ərazilərdə 9-12° şaxta, gündüz 0-5° isti, bəzi
yerlərdə 3°-dək şaxta olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı
ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi
əsəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 0-5° şaxta
olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi
əsəcək.
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı
ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə
duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi
əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan
3°-dək isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı,
sulu qara keçəcəyi gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı
ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir
güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3°
şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın
arabir yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı
gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Şimal-şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-7°
isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti
olacağı gözlənilir.