Yuxarı

"Azərlotereya" ilin ən yaxşı tərəfdaşı seçildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərlotereya" ilin ən yaxşı tərəfdaşı seçildi - Foto

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru Azərlotereya ASC ətraf mühitə töhfə verən “2023-cü ilin ən yaxşı tərəfdaşları” sırasında olub.

Axar.az xəbər verir ki, şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ““Yaşıl gələcək” platforması çərçivəsində keçirilən ağacəkmə aksiyalarında iştiraka görə ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.

Layihənin əsas məqsədi ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ağac əkilən ərazilərdə damcılı suvarma sisteminin quraşdırılmasına və ölkəmizin yaşıllaşdırılmasına töhfə verməkdir. Layihə çərçivəsində şirkət çox sayda ağacın əkilməsi üçün ianə edib.

“Azərlotereya” daha öncə də nazirliyin təşkilatçılığı ilə həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub. Şirkət əməkdaşlarının iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3000 ədəd zeytun, Eldar şamı, oleandr, Şərq çinarı ağacları əkilib.

"Azərlotereya" bundan sonra da təbiətin sağlamlaşdırılması, biomüxtəlifliyin və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə həyata keçirilən layihələrə dəstək olaraq ölkəmizin yaşıllaşdırılmasına töhfə verməyə davam edəcək.

Tarix
2024.02.12 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla