Yuxarı

Laçında daha 5 SES istismara veriləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçında daha 5 SES istismara veriləcək - Video

Bu günə kimi AzərEnerji ASC tərəfindən Laçın rayonunda istismara verilən su elektrik stansiyalarında 77 milyon KVt/saatdan artıq ekoloji cəhətdən "yaşıl enerji" istehsal edilib.

Bu barədə Axar.az-a “AzərEnerji”dən məlumat verilib.

Bildirilib ki, 77 milyon KVt/saat “yaşıl enerji”nin istehsal edilməsi ilə 18 milyon kubmetr qaza və milyonlarla manat vəsaitə qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ən əsası ekosistemin qorunması üçün zəruri tədbirlər görülüb, stansiyalarda Avropa istehsalı olan eko-turbinlər quraşdırılıb.

Məlumatda deyilir ki, hazırda Laçın rayonunda ümumi gücü 40 MVt-dan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. Daha doğrusu artıq 14,25 MVt gücündə “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. 14,7 MVt gücündə “Ağbulaq-2”, 4 MVt gücündə “Qaraqışlaq”, 3,5 MVt gücündə “Mirik” və 2,8 MVt gücündə “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir. “2024-yaşıl dünya” naminə həmrəylik ili çərçivəsində bu 5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır.

Qeyd edilib ki, alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili "yaşıl" dünya naminə həmrəylik ili elan edərək COP-29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanda “yaşıl enerji”nin əhatəsi sürətlə genişləndirilir. Xüsusən də işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq ardıcıl şəkildə su elektrik stansiyaları yaradılır.

“Yaşıl enerji” strategiyasına uyğun olaraq Laçın rayonunda 9 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılmaqdadır. Belə ki, bugünə kimi Laçın rayonunda 8,25 MVt gücündə “Mişni”, 8 MVt gücündə “Güləbird”, 6 MVt gücündə “Alxaslı” su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 MVt gücündə “Sus” SES-i bərpa edilib.

Tarix
2024.02.15 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Silahlı Qüvvələr Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla