Yuxarı

Bu gün bu yüksək kürsüdən bəyan edirəm... - Əsədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün bu yüksək kürsüdən bəyan edirəm... - Əsədov

10:37

2019-cu ildə Prezident İlham Əliyev tərəfindən ilk dəfə Baş nazir vəzifəsinə namizədliyimin irəli sürülməsi zamanı bu yüksək kürsüdən çıxışımdan ötən müddətdə Nazirlər Kabineti ilə Milli Məclis arasında fəal birgə iş aparılmışdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri vəzifəsinə namizəd Əli Əsədov deyib.

"Ötən müddət ərzində Hökumət və ölkəmizin qanunverici orqanı arasında konstruktiv və səmərəli işbirliyi qurulmuş, müxtəlif qanun layihələrinin və sənədlərin məhsuldar birgə müzakirəsi keçirilmişdir.

Buna görə hörmətli deputatlarımıza təşəkkürümü ifadə edirəm.

Ümidvaram ki, növbəti müddətdə də bu xoş ənənəni davam etdirəcəyik və birgə səylərimiz bundan sonra da ölkəmizin tərəqqisinə və xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcəkdir.

Onu da qeyd edim ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat diqqətinizə təqdim ediləcək və ötən il Hökumət tərəfindən görülən işləri və qarşıda duran vəzifələri müzakirə edəcəyik.

Bu gün bu yüksək kürsüdən bir daha bəyan edirəm ki, Azərbaycan Hökuməti ölkəmizin davamlı inkişafının və xalqımızın firavan həyatının təmin edilməsi ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcəkdir", - o bildirib.

Qeyd edək ki, Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.

Tarix
2024.02.16 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

Bu xəstəxananın direktoru işdən çıxarıldı

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

İlham Əliyev Qalibafı qəbul etdi

Ceyhun Bayramov Polşaya getdi

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla