Yuxarı

DİN-dən xəbərdarlıq: Bu yollar təhlükəlidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən xəbərdarlıq: Bu yollar təhlükəlidir

Sinoptiklərin məlumatına görə ölkənin dağlıq və dağətəyi rayonlarında qarlı və şaxtalı hava şəraitinin fevralın 21-dək davam edəcəyi gözlənilir. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır.

DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir.

“Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə çaşqınlıq hissi yaranır ki, bu da idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma, və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır.

Dəyərli sürücülər! İnanırıq ki, yol və hava şəraiti, sürət həddi, avtomobillərin qışa hazırlıq səviyyəsi, eləcə də sizin təhlükəsizliyiniz üçün verilmiş digər tövsiyələrə əməl etməklə qış fəslinin gətirdiyi çətinliklərin öhdəsindən gələcək, doğmalarınıza nigaranlıq hissi yaşatmayacaqsınız”, - nazirlikdən bildirilib.

Tarix
2024.02.18 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

Milli Məclisin növbəti iclası başladı

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

Azərbaycan XİN Filippini təbrik etdi

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla