Yuxarı

Səfirlər Navalnı üçün Hüseyn Cavidi ziyarət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirlər Navalnı üçün Hüseyn Cavidi ziyarət etdi - Foto

ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri Hüseyn Cavidin heykəli önündə həbsxanada ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının xatirəsini yad ediblər.

Axar.az xəbər verir ki, bununla bağlı səfir Mark Libbi adından ABŞ səfirliyinin sosial media səhifələrində və Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auldun X səhifəsində paylaşım edilib.

“Aleksey Navalnının həyat yoldaşı və ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hər yerdə azadlıqsevər insanlar onun şücaətini heç vaxt unutmayacaqlar”, - səfir Libbi bildirib.

Böyük Britaniya səfiri Ferqus Auld isə qeyd edib:

“Bu gün ABŞ səfiri Mark Libbi ilə birlikdə həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum”.

Tarix
2024.02.20 / 16:08
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

ABŞ və İran razılaşması: niyə mətnlər fərqlidir?

Fuad Oqtay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla