Yuxarı

Daha 30 min müəllim sertifikasiyadan keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 30 min müəllim sertifikasiyadan keçiriləcək

Bu il əlavə olaraq 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesi həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, prosesə riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək.

Emin Əmrullayev əlavə edib ki, bu günədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əmək haqqına 10 faiz, 8 min təhsilverənin əmək haqqına isə 35 faiz əlavə edilib.

2026-cı ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin maaşlarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Tarix
2024.02.29 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Efiopiya baş nazirini təbrik etdi

Azərbaycan xalqının milli azadlıq iradəsi... – Qafarov

Nikol yenidən seçilmək üçün tam dəstəyimə malikdir

Rubio Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla