Yuxarı

Niyə xanım yol polisimiz yoxdur? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyə xanım yol polisimiz yoxdur? – Açıqlama

Yol polisi işə götürülərkən müəyyən texniki və ya ali təhsilin olması önəmlidir. Bu ixtisası qadınlar az seçdiyinə görə Azərbaycanda qadın yol polisi işçilərinə az təsadüf olunur. Bu, çox çətin işdir. Günün 8-10 saatını küçədə dayanmaq əziyyətli işdir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Çingiz Qənizadə qadın yol polislərinin olmaması haqda danışarkən deyib.

Millət vəkili musavat.com-a bildirib ki, milli mentalitet məsələsi də var: "Hər hansı bir kişi öz həyat yoldaşının küçədə dayanıb avtomobillərin hərəkətinin tənzimlənməsi işinə razı olmaz.

Bu iş daha çox könüllük əsasındadır. Amma qanunda hər hansı məhdudiyyət yoxdur. Düzü, mən də tərəfdarı deyiləm. Çünki xanımlarımız belə ağır işə layiq deyil".

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev hesab edir ki, xanım polislərə ehtiyac ola bilər: "Xanımın xanım polis tərəfindən yoxlanılması düzgündür. Amma yol polisinin xanım olub-olmamasının sürücü üçün nə fərqi var?! Hər ikisinin eyni vəzifəsi, eyni məsuliyyəti var".

Onun sözlərinə görə, xanım yol polisi ancaq qadın sürücü gəlsin deyə, onu güdüb saxlaya bilməz: "Bu, düzgün yanaşma deyil. İkinci tərəfdən, bizdə xanım polis işçilərin sayı azdır. Onlar, sadəcə olaraq, yol polisi işlərinin digər xidmətlərində çalışırlar. Bayır xidməti nisbətən çətin, ağır olduğundan xanım polislərin yolda dayanmalarını rəva bilmirik".

Tarix
2016.02.19 / 11:18
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla