Yuxarı

Ötən ay metrodan istifadə edən sərnişinlərin sayı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən ay metrodan istifadə edən sərnişinlərin sayı...

Bu ilin fevral ayında Bakı metrosundan 17 milyon 895 min 498 sərnişin istifadə edib.

"Bakı Metropoliteni" QSC-dən Axar.az-a bildirilib ki, onlardan 472 min 764-ü güzəştli və ya ödənişsiz sərnişinlər olub. Metropoliten orta statistik hesabla gün ərzində 617 min 85 sərnişin daşıyıb.

Ən çox sərnişin fevral ayının 26-sı daşınıb – 769 min 386. Fevral ayının 18-i ən az – 389 min 726 nəfər metropolitenə sərnişin kimi daxil olub.

Fevral ayı paytaxtın tədris ocaqlarında yeni ildə ilk dərs dövrünün başlanması ilə əlamətdar olub. Bu səbəbdən fevral ayının 19-dan hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Ümumən həmin gündən başlayaraq, 9 iş günü ərzində orta statistik gündəlik sərnişindaşıma 748 min 916 nəfər təşkil edib. Ondan əvvəlki 11 iş günü ərzində isə gündəlik sərnişindaşıma orta hesabla 612 min 530 nəfərə bərabər olub. Beləliklə, iki fərqli dövr arasında gündəlik sərnişindaşıma fərqi 136 min 386 sərnişin təşkil edib.

Əvvəlki illərin fevral ayları ilə müqayisədə, 2019-cu ilə nəzərən 2024-cü ilin ikinci ayında 3,1 faiz az, 2022-ci və 2023-cü illərin eyni dövrlərindən, uyğun olaraq, 19,3 faiz və 4,7 faiz çox sərnişin daşınıb.

Tarix
2024.03.07 / 01:59
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla