Yuxarı

ABŞ səfiri Allahşükür Paşazadə ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Bakıdakı səfiri Mark Libbi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğunu deyib.

Axar.az xəbər verir ki, səfir bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə danışıb.

O qeyd edib ki, ölkədə dini konfessiyalar arasında dostluq münasibətlərinin mövcudluğunda, habelə dinlərarası dialoq prosesində dini lider olaraq Şeyxülislamın müstəsna rolu var.

Şeyxülislam A.Paşazadə qeyd edib ki, uzun onilliklər ərzində erməni kilsəsi ilə sülh yönündə danışıqlarda iştirak edib, lakin Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərini BMT qətnamələrinə əsasən azad etdikdən sonra erməni kilsəsi yalnız revanşist mövqe nümayiş etdirir, bölgədə sülh, xalqlar arasında dinc yanaşı yaşamaq ideyasını rədd edir, nifrət çağırışları ilə çıxış edir. Bu əsnada, A.Paşazadə amerikalı səfiri azad olunmuş torpaqlarımıza səfər edərkən erməni vandalizminin nəticələrinə diqqət etməyə çağırıb. Bildirib ki, bu dağıntıları törədən, məscidləri, hətta kilsələri dağıdan Ermənistan Azərbaycan barədə böhtan və qarayaxmalar yayır. Şeyxülislam bildirib ki, bu kimi məsələlərə dair ABŞ kimi böyük dövlətdən həqiqətlərin yanında olmasını gözləmək təbiidir.

Amerikalı səfir bölgədə sabitlik və suverenliyin ən yaxşı qarantı, tərəqqi və çiçəklənmənin təməli olaraq sülhün əldə olunmasının hamının maraqlarına cavab verdiyi fikrində olduğunu diqqətə çatdırıb.

Səfirlə görüşdə QMİ sədri həmçinin Azərbaycanın bu il ev sahibliyi edəcəyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və COP29 tədbirlərini xatırladaraq, hər iki qlobal tədbir çərçivəsində dünya dini liderlərinin bir araya gələcəyi panel və zirvə görüşləri barədə məlumat verib.

Tarix
2024.03.14 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyan ermənilərin türklərlə bağlı bu sözlərinə əsəbiləşdi

Millətçilərin Azərbaycanla bağlı təsəvvürləri yanlışdır - Vali

Bakı və İrəvan arasında sülh İrana ziyan vurmur - İran KİV

Simonyan sülh sazişindən danışdı: Qorxu olmadan...

Poqosyan: Ermənistan Azərbaycan üçün bu cür ölkədir

Zəngəzur dəhlizinin uzunluğu nə qədərdir: 32, 42, yoxsa 44 km?

Beqay İlham Əliyevə zəng etdi: Vaşinqton görüşü...

Paşinyan Pezeşkianı razı salmaq üçün hərəkətə keçdi

Pezeşkian Zəngəzur məsələsində Xameneiyə qarşı çıxdı

Zəngəzur dəhlizinə ABŞ yox, bu ölkə nəzarət edəcək - Abramyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla