Yuxarı

AZAL-ın yay uçuş cədvəli: 50-dən çox şəhər yer aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-ın yay uçuş cədvəli: 50-dən çox şəhər yer aldı

Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir.

Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahət üçün geniş istiqamət seçimi təklif edərək, dünyanın 50-dən çox şəhərinə uçuşlar həyata keçirəcək.

Aprel-oktyabr aylarında AZAL ilə dünyanın müxtəlif yerlərinə, o cümlədən Dubay, Tiflis, Aktau, Almatı, Astana, Batumi, Dammam, Ciddə, İslamabad, Kəraçi, Lahor, Mədinə, Mumbay, Nyu-Dehli, Pekin, Daşkənd, Təl-Əviv, Ürgənç və Ər-Riyad kimi Asiya şəhərlərinə səyahət etmək mümkündür.

Aviaşirkətin yay cədvəlində Türkiyənin bir sıra istiqamətləri təqdim olunub:

İstanbul: gündə 4 reys;

Ankara: gündə 1 reys;

Antalya: aprel-may aylarında uçuşlar həftədə 3, yay aylarında isə hər gün həyata keçiriləcək;

Bodrum: iyun ayının sonundan sentyabr ayının ilk həftəsinə qədər reyslər hər gün yerinə yetiriləcək;

Dalaman: həftədə 4 reys;

İzmir: apreldən iyunun ortalarına qədər reyslər həftədə 3 dəfə, iyunun sonundan sentyabrın ilk həftəsinə qədər hər gün həyata keçiriləcək;

Trabzon: aprel-may aylarında həftədə 3 reys, yay aylarında isə daha bir tezlik əlavə olunacaq.

Bundan əlavə, AZAL Avropaya səyahət etmək istəyənlərə müxtəlif seçim imkanları təqdim edir. Aviaşirkətin reysləri ilə Barselona, Berlin, Vyana, Kişineu, Tivat, London, Milan, Paris və ya Praqaya səfər edərək bu şəhərlərin gözəlliyindən zövq almaq olar.

Rusiyanın bir sıra şəhərlərinə, o cümlədən Moskva, Həştərxan, Volqoqrad, Yekaterinburq, Kazan, Mahaçqala, Mineralnıye Vodı, Novosibirsk, Samara, Sankt-Peterburq, Soçi və Ufaya reyslər mövcuddur.

Yay cədvəli çərçivəsində aviaşirkət Naxçıvan, Dubay, Aktau, Təl-Əviv, Ankara, Moskva, Tiflis, yay aylarında isə İzmir, Bodrum, Antalya şəhərlərinə gündəlik uçuşlar yerinə yetirəcək.

Ən uyğun uçuş vaxtını seçmək və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etmək üçün AZAL sərnişinlərə səyahətləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir.

Tarix
2024.03.29 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla