Yuxarı

Bu tarixdə 6 imtahan keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 14-də bir sıra imtahan keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Axar.az-a verilən məlumata görə, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi”ndə iştirakçıların hansı rayonda (şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd olunub.

14 aprel tarixində aşağıdakı imtahanlar keçiriləcək:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap etmək üçün keçiddən istifadə etməlidirlər.

4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış vərəqəsini çap etmək üçün keçiddən istifadə etməlidirlər.

İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Tarix
2024.04.03 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan

Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır

Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı

Azərbaycanla dialoqun tərəfdarıyıq - Friden

Ombudsmandan seçkilərlə bağlı açıqlama

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

Fərid Qayıbov Samir Şərifovun müavini oldu

Zakir Həsənov səs vermək üçün növbədə gözlədi - Foto

Putinlə Paşinyan arasında sərt telefon danışığı

Nazir əkin sahələrinin azalmasının səbəbini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla