Yuxarı

Göygöldə 93 yaşlı kişinin boğazını kəsdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göygöldə 93 yaşlı kişinin boğazını kəsdilər

Göygöldə 93 yaşlı kişi qətlə yetirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini, 1923-cü il təvəllüdlü Kamil Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Kənd sakinlərinin dediyinə görə Kamil kişinin 2 oğlu və 4 qızı olmasına baxmayaraq, övladları Bakıya köçdüyünddən o, uzun illərdir tək yaşayır.

Axırıncı dəfə onu ötən həftənin şənbə görüblər.

Əflatun Quliyev: "Kişi mağazadan gəlirdi, salam verdim. Əlində şəkər tozu, ət var idi. Halını xəbər aldım, dedi yaxşıyam. 3-4 gün əvvəl gördüm onu. Sonra heç bir şey görməmişəm"

Teymur Aydınov: "Sağlam kişi idi. Mağazanın qabağına gəlirdi, deyib-gülürdü, söhbət edirdi. Bunu hansı səbəbdən öldürdülər?"

Məlumata görə 93 yaşlı kişinin övladları onunla tez-tez telefonla əlaqə saxlasalar da, dünən və bu gün telefona cavab vermədiyindən qonşuya zəng ediblər. Qonşular Kamil kişinin evinin qapısının çöl tərəfdən bağlı olduğunu görsələr də, onun içəridə olduğunu ehtimal edərək mənzilə daxil olublar və 93 yaşlı Kamil Məmmədovun boğaz nahiyəsinin kəsilərək qətlə yetirdiyini aşkar ediblər.

Faktla bağlı Göygöl rayon Prokuroluğunda cinayət işi açılıb, istintaq gedir.

Kamil Məmmədov Böyük Vətən müharibəsinin iştirakçısı olub.

Tarix
2016.02.29 / 23:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla