Yuxarı

Qardaş bacısının başını niyə kəsdi? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaş bacısının başını niyə kəsdi? – Açıqlama

Hadisənin qısqanclıq zəminində baş verməsi inandırıcı deyil.

Bu sözləri Axar.az-a Qalağayın kənd ərazi icra nümayəndəsi İsrafil Aslanov dünən Sabirabad rayonunda baş verən tükürpərdici cinayət hadisəsindən danışarkən deyib.

Onun sözlərinə görə, kənd sakinləri hadisənin şokundan hələ də çıxa bilmirlər:

"Kənd sakini, 1990-cı il təvəllüdlü Famil Əlirza oğlu İbişov çox sakit uşaq idi. Heç kimə qaynayıb qarışmazdı. Bir müddət olardı ki, işsiz idi. Rəhmətlik bacısı 1988-ci il təvəllüdlü Hüsniyyə isə bir dəfə ailəli olub. Ailə həyatı uğursuzluqla nəticələnən gənc qız heç bir övlad sahibi olmadan yenidən ata evinə köçmüşdü".

Kənd sakinləri xanımın az hallarda çölə çıxdığını və heç kimlə münasibətinin olmadığını bildirirlər.

Xatırladaq ki, dünən Sabirabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Qalağayın kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü İbişov Famil Əlirza oğlu bacısı, 1988-ci il təvəllüdlü İbişova Hüsniyyə Əlirza qızının boğazını kəsərək qətlə yetirib. Famil İbişov saxlanılıb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. Meyit müayinə olunmaq üçün Sabirabad rayon morquna aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tarix
2016.03.02 / 13:30
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla