Yuxarı

Sosial şəbəkələrdə kəsici-deşici alətləri satanlar saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və Bakının müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür.

Bu tədbirlər çərçivəsində kəsici-deşici alətlər satan 1999-cu il təvəllüdlü Nurəddin Hüseynov, 1986-cı il təvəllüdlü Elşən Səfərov, 1990-cı il təvəllüdlü Nihat Əliyev, 1985-ci il təvəllüdlü Ariz Hacıyev, 1980-ci il təvəllüdlü Vahid Rəhimov və əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Anar Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 400 ədədə yaxın kəsici-deşici alət aşkar olunaraq götürülüb, təbliğatını apardıqları sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılıb.

Maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.

"Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır", - deyə məlumatda qeyd edilib.

Tarix
2024.04.25 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh sazişi... - Rubio

Tarixi an: Əliyev və Paşinyan sülh imzalandığını elan edəcək

Sabah Ağ Evdə Əliyev və Paşinyan... - Tramp elan etdi

ABŞ-la Azərbaycan anlaşma memorandumu imzalayacaq

İlham Əliyev və Paşinyan Bəyannamə imzalayacaq

İlham Əliyev ABŞ-da Uitkoffla görüşdü - Video

Tramp Azərbaycanla bağlı sənəd imzalayacaq

Görüşün 8 avqusta təyin olunması təsadüf deyil!

Zəngəzurdan “Tramp marşrutu”: ABŞ-da nələr gözlənilir?

“Nar” bu abituriyentləri mükafatlandıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla