Yuxarı

Bakının mərkəzində sahibkar qətlə yetirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının mərkəzində sahibkar qətlə yetirildi - Foto

10:44

Bakının mərkəzində qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə martın 6-da axşam saatlarında rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən "MM" çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.

Məlumata görə, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib. Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Martın 6-da M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb. V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə "MM" çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb.

V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçsa da, istintaqdan yayına bilməyib. Məlumata görə, onu valideynləri Ağsu Rayon Polis İdarəsinə təhvil veriblər.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Qətlin törədildiyi çay evi artıq bağlanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, çay evindəki dava mübahisə və mübahisənin böyüməsindən sonra söyüş söyülməsi səbəbindən baş verib.

Tarix
2016.03.07 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla