Yuxarı

“Oazis” də dava: Polisləri döydülər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Oazis” də dava: Polisləri döydülər

15:50

Əlimizdə olan kamera qeydləri polisə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Bu sözləri Axar.az-a "Oazis" restoranının administratoru restoranda polis əməkdaşlarının döyülməsi ilə bağlı məlumat verərkən deyib.

Restoran işçisinin sözlərinə görə, hadisə martın 5-də gecə saatlarında baş verib. Sərxoş müştərilər polis əməkdaşlarına hücum edərək onların poqonlarını qoparıb.

Xatırladaq ki, Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən "Oazis" restoranında dava düşüb. Binəqədi Rayon Polis İdarəsindən sputnik.az-a bildiriblər ki, restoranın iki müştərisi – 1986-cı il təvəllüdlü Ağdam rayon sakini və əvəllər məhkum olmuş Mehdiyev Elçin Vahid oğlu və 1986-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Elçin Əli oğlu dava salıblar.

Yerli polis əməkdaşları - 1994-cü il təvəllüdlü Əliş Məmmədzadə, 1989-cu il təvəllüdlü Orxan Sultanov və 1988-ci il təvəllüdlü Elşən Xuduşov asayişi pozanları sakitləşdirməyə çalışıblar. Amma xuliqanlar Sultanovu və Məmmədzadəni yumruqlamağa başlayıblar. Göstərilən müqavimətə baxmayaraq, cinayətkarlar saxlanılıb və adıçəkilən rayonun 5-ci polis bölməsinə gətiriliblər. Ancaq saxlanılan şəxslər orda da sakit dayanmayıblar.

Bölmənin qarşısında onlar "Fiat Doblo" markalı polis avtomobilinin yan şüşələrini sındırıblar. Dava salanların üçüncüsü - 1987-ci il təvəllüdlü Bakı sakini Məmmədov Nicat Nazim oğlu özü polis bölməsinə gələrək serjant Cahid Mahmudovu döyüb. Nəticədə polis hər üç davakarı barmaqlıq arxasına salıb.

Axtarış zamanı saxlanılan şəxslərin üstündən narkotik maddə tapılıb. Belə ki, Mehdiyevin üzərində 5,75 qram, Elçin Məmmədovun üzərində 5,37 qram marixuana, Nicat Məmmədovun üstündə isə 0,231 qram heroin aşkar edilib.

Tarix
2016.03.07 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident ona da Milli Qəhrəman adı verdi

İlham Əliyev ona admiral rütbəsi verdi

İlham Əliyevdən bu hərbçilərlə bağlı sərəncam

Bu polkovniklərə "general-mayor" rütbəsi verildi

İlham Əliyev onlara "general-leytenant" rütbəsi verdi

Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi

Suriyanın Azərbaycanda səfirlik açması... – XİN rəsmisi

İlham Əliyev bu hərbçiləri təltif etdi

Rusiya 10 noyabr razılaşması ilə bağlı bəyanat yaydı

Hacızadə: 907-ci düzəlişin tam ləğv edilməsi üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla