Yuxarı

Göygöldəki qətlin üstü açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cari ilin fevralında qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılaraq təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Axar.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 2-də Göygöl rayonunun Axarca kəndi ərazisindəki meşə massivində insan cəsədinin basdırılması barədə Göygöl Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında meyit aşkarlanaraq basdırıldığı yerdən çıxarılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, bu, Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Əliyevdir.

Faktla bağlı dərhal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Balçılı kənd sakini Cavid Cəfərov tanışı Eldar Əliyev ilə aralarında borc pulla bağlı yaranmış narazılığa görə həmkəndliləri Qoçu Kərimov və Aqil Rüstəmov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onu öldürməyi razılaşıblar. Onlar bu məqsədlə fevralın 15-də iki ədəd bel, bir ədəd dəmir ling və bir külüngü sonuncunun idarə etdiyi avtomobillə Axarca kəndi ərazisinə gətirib meşəlikdə gizlədiblər.

Bundan sonra, fevralın 25-də saat 18 radələrində C.Cəfərov E.Əliyevi nahar etmək adı ilə A.Rüstəmovun idarə etdiyi avtomobillə rayonun Balçılı kəndində yerləşən "Nurəddin bulağı" adlanan əraziyə dəvət edib. Burada yeyib içdikdən sonra sərxoş vəziyyətdə olan C.Cəfərov ilə E.Əliyev arasında yaranmış mübahisə zamanı C.Cəfərov çəkiclə E.Əliyevin təpə nahiyəsinə iki dəfə vuraraq öldürüb və meyitini birlikdə A.Rüstəmovun idarə etdiyi avtomobilin yük yerinə qoyub Axarca kəndi istiqamətinə aparıblar.

Avtomobil nasaz vəziyyətə düşdüyündən meyiti oraya çağırılmış tanışları Xəyal Məmmədovun idarə etdiyi avtomobillə Axarca kənd ərazisindəki meşəlik sahəyə aparıb basdırıblar.

İş üzrə Cavid Cəfərov, Aqil Rüstəmov və Qoçu Kərimov Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), Xəyal Məmmədov isə həmin məcəllənin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.03.07 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla