Yuxarı

Dini nikah kəsən mollanı cəzalandırmaq... - Tural Abbaslı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dinə düşmən kimi yanaşmaq doğru deyil. Kimlərsə gedib, dini nikah kəsdirirlərsə, bu onların öz işidir. Qanunun pozulacağı halda hüquq-mühafizə orqanları qarşısını alacaq. Özümüzdən nəsə icad etməyə ehtiyac yoxdur.

Bu sözləri Axar.az-a Ağ Partiyanın sədri Tural Abbaslı Milli Məclisdə rəsmi nikah olmadan kəbin kəsən din xadimlərinin cəzalandırılması ilə bağlı irəli sürülən təklifə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu təklif olduqca absurd səslənir və dini kəbin haqqında yanlış təsəvvürdən xəbər verir:

“Mollaların cəzalandırılması bir az absurd olardı. Çünki bu, dini ritualdır və nikaha girirlərsə, bu, hər iki tərəfin razılığı əsasında olur. Əgər 18 yaşdan aşağı olan şəxslərə dini kəbin kəsilirsə, onda mollanın cəzalandırılması anlaşılan olardı. Amma iki ağlı başında şəxs rəsmi nikahdan əvvəl dini nikaha girirsə, ona molla nə etsin? Məntiqsizlikdir. Məncə, təklifi verən şəxsin bu prosesdən xəbəri yoxdur. Dini nikah da vətəndaş nikahı kimi rəsmi deyil. Amma dini nikah heç olmasa şəriət qaydalarına uyğundur, vətəndaş nikahında bu da yoxdur axı. Buna görə kimisə cəzalandırırlar?”

Qeyd edək ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Sədaqət Vəliyeva bildirib ki, rəsmi nikah olmadan molla kəbini kəsilməməli, bu məsələyə nəzarət artırılmalı və qaydaya əməl etməyən mollalar cəzalandırılmalıdır.

Tarix
2024.06.04 / 11:47
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla