Yuxarı

Tək yaşayan qadın evində ölü tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tək yaşayan qadın evində ölü tapıldı

Yevlax şəhərində qətl hadisəsi baş verib.

Rayon Prokurorluğundan ANS-ə verilən məlumata görə, hadisə şəhərin 31-ci məhəllə, bina 4, mənzil 32 ünvanında - məcburi köçkünlərin məskunlaşdığı köçkün şəhərciyində qeydə alınıb. Həmin ünvanda yaşayan Kəlbəcər rayonundan məcburi köçkün, təvəllüdü hələlik istintaqla müəyyən edilməyən Maral Qara qızı Nəsibovanın üzərində küt alətlə törədilmiş xəsarətlər olan meyiti aşkarlanıb. Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır. Onun hansı şəraitdə və kim tərəfindən öldürüldüyü dəqiqləşdirilir.

Öldürülən qadın həmin evdə tənha yaşayırmış.

Yevlax rayonunda sonuncu qətl hadisəsi yanvar ayının 12-də qeydə alınıb. Şəhərin 2 saylı musiqi məktəbinin həyətində, məktəbdə piano müəlliməsi işləyən 1980-cı il təvəllüdlü Ahu Nadir qızı Hüseynova qardaşı, 1982-ci il təvəllüdlü Veysəl Nadir oğlu Hüseynov tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan qadın hadisə yerindəcə dünyasını dəyişib.

Hadisəyə səbəb Ahu Hüseynovanın boşanması, boşandıqdan sonra haqqında müəyyən söz-söhbətin dolaşması olub. Qardaşı Nadir Hüseynov yaranan söz-söhbət xoşuna gəlmədiyi üçün bacısını izləyib və məktəbin həyətində onu öldürüb.

Tarix
2016.03.14 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla