Yuxarı

Niyaməddin Musayev saxlanılıb? - Özü danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:32

Mən polis tərəfindən saxlanılmamışam. O görüntünü çəkib yayan adam bilib-bilmədən xəbər yazıb.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a xalq artisti Niyaməddin Musayev polislər tərəfindən saxlanılması xəbərinə aydınlıq gətirərkən deyib.

“Axşamlar dənizkənarı bulvar tərəfə idmana gedirəm. Əgər avtomobili yol kənarında saxlamış olsaydım, 20 manat cərimə yazılacaqdı. Mənim telefondan anlayışım olmadığına görə “Azparkinq”ə xəbər edə bilmədim ki, maşını orada saxladığım üçün qanunla 1-2 manat ödəniş edim. Yəni nahaq yerə cərimə olunmayım. Həmin an yolda polisləri görüb, vəziyyəti onlara izah edərək, mənə köməklik göstərmələrini xahiş etdim. Polislər də sağ olsunlar, telefonumu götürüb, mənim üçün icazə aldılar. Mən qanunlara riayət edən adamam”.

Xalq artisti videonu paylaşan şəxsi şiddətlə qınayıb:

“Polislər mənə kömək edən zaman kimsə videonu çəkib yayıb. O qədər nadanlar var ki, heç nəyi araşdırmadan, bilmədən tez paylaşım edirlər”.

Tarix
2024.06.17 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla