Yuxarı

Çamadanda narkotik keçirən şəxs saxlanıldı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çamadanda narkotik keçirən şəxs saxlanıldı – Foto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Tehran-Bakı aviareysi ilə gələn İran vətəndaşına məxsus çamadan X-Ray aparatından keçərkən, monitorda əks olunan 6 ədəd metal qablardakı naməlum maddənin təsvirləri gömrükçülərdə şübhə doğurub. Yoxlama zamanı çamadandan içərisində qəhvəyi rəngli, kəskin iyə malik, toz şəkilində narkotik vasitəyə oxşar maddə olan 6 ədəd dəmir qab aşkar olunub. Şəxsi yoxlama zamanı isə İran vətəndaşının üzərindəki pul kisəsindən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron, kağız üzərində yazılı formada bəyan edilməyən 6 ədəd ağ rəngli həb aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində fiziki-kimyəvi və bioloji ekspertizadan keçirilən 6 dəmir qabdakı ümumi xalis çəkisi 4350 qram, qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət, spesifik iyli maddənin xaş-xaş bitkisindən kustar üsulla alınan narkotik vasitə-tiryək, 1 ədəd polietilen torbacıqda 6 ədəd ağ rəngli dairəvi formalı həbin isə metadon adlı dərman preparatı olduğu müəyyən edilib.

Metadon preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxildir və 6 ədəd həbdən ibarət metadon adlı dərman preparatının təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.03.17 / 16:27
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla