Lənkəran şəhər sakini
İsmayılova Səbahət Kərim qizi ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin
rəisi, polkovnik Nəsimi Nəriman oğlu Məmmədovun vəzifə
salahiyətlərindən sui-istifadə etdiyini açıqlayıb.
Dosye.org-a
müraciət edən rayon sakini N.Məmmədovun məhkəmə çəkişməsində saxta
sənədlərdən istifadə etdiyini qeyd edib:
"Miranənin (övladının - red.) atası qonşum idi. Amma narkoman
olduğunu bilməmişdim. Miranə 4 aylıq olanda atası həbs olundu. 2
dəfə təkrar həbs olunduğu üçün ayrıldım. Anamın evində qalırdım.
Bir dəfə evimizə oğru girmək istəyirdi, 102-yə zəng vurduq,
polislər gəldi. Sonra anamı sorğu-suala tutdular. Barəmizdə məlumat
topladılar. Bir gün anamı polisə çağırdılar. Demə, bu adam Lənkəran
yol polisinin rəisi Nəsimi Məmmədov imiş. Anama bildirib ki, 1 qız
övladım var, yoldaşımın uşağı olmur, Səbahəti ver mənə, oğlan
doğsun, onu gözüm üstə saxlayaram.
8 ay evdə söz-söhbət oldu. Onu ər olaraq qəbul etdim, inandım.
Tək övlad olduğum üçün ev də aldırmadım. Heç adıma bir qızıl da
almadı. Fikirləşdim ki, etibar etmir, öyrəşəndən sonra düzələr. Hər
dəfə hamilə qalanda deyirdi ki, saldır. 7 il bundan öncə qərara
aldım ki, saldırmayacağam. Mən bunu ər kimi qəbul etmişəm, aşna
kimi yox. Elə ki, bildi hamiləyəm, mənimlə yola getmədi, arayıb
axtarmadı. DİN-ə ərizə yazdım. Bunu bilib "uşaq məndən deyil"
deyərək məni Cinayət Məcəlləsinin 178.1 178.2-ci maddələri ilə
cinayət işi açılması üçün məhkəməyə verdi. Məhkəmədə qalib gəldim.
Apelyasiya şikayəti verdi, orada da bəraət aldım. Sadəcə, uşaq
məsələsini hökmdən çıxardılar ki, mən mülki qaydada məhkəməyə
verim. Məhkəmə yollarına, vəkilə pul xərcləməkdən korluq çəkirdim.
Odur ki, mülkü qaydada iddia qaldıra bilmədim.
Hazırda isə uşaqlar böyüyüb, maddi durumum yaxşı deyil,
vəziyyətimiz acınacaqlıdır. 2 ay öncə polis rəisinin müavininin
qəbuluna getdim. Xahiş etdim ki, Nəsimiyə təzyiq göstərsinlər,
uşağına pul göndərsin. Nəsimi müəllimin öz müavininə zəng etdim,
xahiş etdim, yenə alınmadı. Qalmışam belə. Anam da bərk xəstədir,
şəkərdir. Bu günahları Nəsimi necə daşıyır? Mənim həyatımı məhv
etdi, cəhənnəm olsun, bu qədər imkanı ola-ola uşağı əllərdə
qalıb".
Araşdırmalar nəticəsində məlum oldu ki, Lənkəran şəhər Yol
Polisi Şöbəsinin rəisi Nəsimi Məmmədov özünü müdafiə etmək üçün
vətəndaş Səbahət İsmayılovanı xüsusi ittiham qaydasında məhkəməyə
verib. Məhkəmə isə qanunun aliliyini nəzərə alaraq iddianı ləğv
edib.
Vətəndaşın şikayət məktubunda adı hallanan Nəsimi Məmmədov
sözügedən sayta açıqlama verməkdən imtina edib.