Yuxarı

Rza Zərrab həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rza Zərrab həbs olundu

Rza Zərrabın ABŞ-ın Mayami şəhərində həbs olunduğu açıqlanıb.

Musavat.com xəbər verir ki, Rza Zərrab amerikalı prokurorlar bazar ertəsi günü verdikləri açıqlamada iş adamı Rza Zərrabın həbs olunduğunu bildiriblər. Prokurorlar Zərrabın İran hökuməti adından ölkəyə tətbiq olunan sanksiyalardan qaçmaq üçün qurduğu mexanizmin parçası olaraq yüz milyonlarla dollarlıq əməliyyatlar həyata keçirdiyini açıqlayıblar. Zərrabdan başqa Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşının da həbs olunduğunu bildirilir.

Qeyd edək ki, iki il öncə Rza Zərrab Türkiyədə həyata lkeçirilən 17-23 dekabr antikorrupsiya əməliiyyatı çərçivəsində də həbs edilmiş, bir neçə ay təcridxanada yatmış, sonra azad olunmuşdu.

Onun iş ortağı Babək Zəncani də İranda həbs olunub və ona edam cəzası kəsilib.

Hazırda R.Zərrab bank sənədlərini saxtalaşdırmaqda və çirkli pul yumaqda suçlanır və bu ittihamlara görə ona 75 il həbs cəzası düşür.

Rza Zərrab 1983-ci ildə İranda doğulub, Türkiyədə yaşayan iranlı iş adamıdır.

O, Türkiyənin məşhur müğənnisi Ebru Gündəşin həyat yoldaşıdır.

Tarix
2016.03.22 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla