Yuxarı

​Kiyevdə azərbaycanlı qətlə yetirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
​Kiyevdə azərbaycanlı qətlə yetirildi

Kiyev polisi Obolonski rayonunda yerləşən mənzillərdən birində 60 yaşlı Azərbaycan vətəndaşının meyitini aşkar edib.

Report xəbər verir ki, bu barədə Ukraynanın hüquq mühafizə orqanlarının məlumatında bildirilir.

Məlumata görə, martın 21-də polisə Azərbaycan vətəndaşı müraciət edərək, Qeroyev Stalinqrada prospektində yerləşən mənzildə dost münasibətində olduğu 60 yaşlı həmyerlisini ölmüş vəziyyətdə aşkar etdiyini xəbər verib.

Meyit giriş qapısından bir metr aralıda olub. Onun qarın boşluğunda ilkin olaraq bıçaq zərbəsi nəticəsində əmələ gəlmiş böyük yara aşkar edilib.

Şahidlərin sözlərinə görə, kişi qətlə yetirilən günü onlar iki şübhəli şəxs görüblər.

Həmçinin bildirilir ki, mərhum əvvəllər cinayət məsuliyyətinə cəlb olunub. Qətlin zərərçəkənin cinayət keçmişi ilə əlaqədar ola biləcəyi istisna edilmir.

Tarix
2016.03.22 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla