Yuxarı

Metroda gedişhaqqı buna görə artırılıb - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərin ən çox müzakirə olan mövzularından biri də ictimai nəqliyyatda gediş haqqının artırılmasıdır. Cəmiyyət avtobuslarda olan qiymət artımına səbəb kimi yanacağın bahalaşmasını qəbul etsə də, metroda olan qiymət artımını heç cür anlaya bilmir. Hər kəsi bir sual düşündürür: metro qatarları Aİ-92 markalı benzinlə, ya da dizellə işləyir?

Axar.az xəbər verir ki, Bakı Metropoliteni QSC-dən Globalinfo.az-a “avtobuslarda gedişhaqqı artırıldı deyə, metro da eyni addıma getdi” yanaşmasının doğru olmadığı bildirilib:

“Ümumiyyətlə, ictimai nəqliyyatda bahalaşma zəruri hesab olunduğu üçün qiymət artımına gedilib. İlk baxışdan elə görünür ki, Aİ-92 markalı benzin və dizeldən istifadə olunmur. Amma “Bakı Metropoliteni”nin nəqliyyat və xüsusi texnikaları var ki, hamısı da benzin və ya dizellə çalışır. Gecə növbəsində işçilər tərəfindən səhərə qədər tunellərə mal-material avadanlıqlarının aparılması, qırıntıların tuneldən səhər saatlarında çıxarılması və işçilərin depo ərazisinə qaytarılmasının hamısı təsərrüfat qatarı ilə həyata keçirilir. Bu qatar da dizellə çalışdırılır. Bundan əlavə, maşinistlərin evə aparılıb-gətirilməsinin hər biri xüsusi avtobusla təmin olunur. Bunlar bir-bir nəzərə alındıqdan sonra gediş haqqı artırılıb”.

Tarix
2024.07.09 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstanın baş naziri Zəfər parkını ziyarət etdi

Prezident Oljas Bektenovu qəbul etdi

Yolayrıcındayıq: gücün önə çıxdığı indiki vaxtda… - Mirzoyan

Kiyev üçün 3-cü “qırılma”: Britaniya sürətlə oyuna girdi

“İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?

Pezeşkian etiraf etdi ki, dövləti o idarə etmir

Xamenei bu dəfə “ukraynca” xəbərdarlıq etdi

Felmar Ələkbərli vəfat etdi

Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı

Qazaxıstandan təyyarə qəzası ilə bağlı növbəti açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla