
Rusiya 33 nəfəri Ukraynadan geri aldı
19:24
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda yanğın hadisəsi baş verib.
Axar.az Unikal.az-a istinadən xəbər verir ki, ölkəyə idxal olunan yeni avtomobilləri daşıyan nəqliyyat vasitəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mersedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.
Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tarix
2025.03.03 / 09:22
|
Müəllif
Axar.az
|