Yuxarı

Arvadını yumruqla öldürdü - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadını yumruqla öldürdü - Təfərrüat

Bakıda qadının ərinin yumruq zərbəsindən sonra dünyasını dəyişməsinin təfərrüatı məlum olub.

APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Savalan qəsəbəsinin Nizami küçəsində baş verib. Qəsəbə sakini Yasin Mikayılov həyat yoldaşı Samirə Mikayılovaya ailə münaqişəsi zəminində yumruqla zərbə endirib. Bu zərbədən sonra qadın dünyasını dəyişib.

Ailə üzvləri dünyasını dəyişən 28 yaşlı Samirə Mikayılovanı dəfn etmək üçün hazırda Tərtər rayonundadır.

İlkin ehtimallara görə, Mikayılovların azyaşlı övladları xəstələndiyi üçün Yasin həyat yoldaşı Samirəyə əsəbiləşib və "Uşaqları niyə xəstələndirdin?" deyərək onu yumruqla vurub.

Ancaq qonşular bu ehtimalın əsassız olduğunu deyir. Onların sözlərinə görə, martın 21-də 28 yaşını qeyd edən Samirə Mikayılovanın soyuqdəyməsi olub. Xəstəlik sonradan 2 və 5 yaşlı oğullarına da keçib. Sağalmaq üçün tədbirlər görən Samirə bəzi dərmanlar qəbul edib. Qonşuların bildirdiyinə görə, çox keçmədən dərman əks-təsir yaradıb və qadının halı pisləşib.

Hadisə barədə Sabuncu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verilib. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyininin Sabunçu rayon şöbəsinə aparılıb. Meyiti müayinə edən ekspertlər mərhumun baş nahiyəsində göyərmənin olduğunu deyiblər.

Artıq faktla bağlı Sabunçu Prokurorluğunda cinayət işi başlayıb, istintaq gedir.

Mərhum Samirə Mikayılovanın həyat yoldaşı Yasin saxlanılıb. Ekspertiza qadının zərbədən öldüyünü təsdiqləsə, Yasin Mikayılovu həbs gözləyir.

Qeyd edək ki, Yasin Mikayılov BDU-nun jurnalistika fakültəsini bitirib.

Tarix
2016.03.25 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla