Yuxarı

Qulinin əsas adamlarından olan Kürd Amo öldürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “Kürd Amo” kimi tanınan Əhməd Ərəbov öldürülüb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Goranboy ərazisində baş verib.

Kürd Amo qanuni oğru Lotu Qulinin əsas tərəfdarlarından biri kimi tanınırdı. Son illərdə həyatına təhlükə olduğundan Bakıdan uzaqlarda yaşadığı bildirilir. Buna görə də hadisənin kriminal qruplaşmalar arasındakı düşmənçiliklə əlaqəli olduğu ehtimal olunur.

İddilara görə, Kürd Amo uzaq qohumu tərəfindən öldürülüb. Belə ki, onun hadisədən bir gün əvvəl Tarzan Salmanov adlı şəxslə əkin sahəsində mübahisələri olub. Ayın 16-da Kürd Amo mübahisəni davam etdirmək üçün idarə etdiyi avtomobillə rayonun Veyisli kəndi ərazisində onun qarşısını kəsib. Avtomobildən düşərək ona tərəf irəlilədiyini görən T.Salmanov idarə etdiyi “Ford” markalı avtomobilini Kürd Amonun üzərinə sürərək, üstündən keçib. Əhməd Ərəbov yerindəcə vəfat edib. Tarzan Salamov isə hadisə yeindən qaçsa da, bir neçə saat sonra saxlanılıb.

Qeyd edək ki, Kürd Amo 2021-ci ildə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi ilə 2 il müddətinə həbs olunub. O, daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşayıb.

Kürd Amonun mərhum Lotu Qulinin yaxın ətrafında olan kriminal avtoritetlərdən biri olduğu deyilir.

Tarix
2024.07.18 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Tehrandan İrəvana tələb: ABŞ müdaxilə edəcək

Kremlin türk ölkələrinə qarşı dil şantajı davam edir

2 ayda 3 konsert: Real Ermənistanda bayramdır - Paşinyan

29 sm boy fərqi belə olmur - Putin-Tramp görüşündə müəmma

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj

Xəzərdə nəhəng qara ləkə: Azərbaycan və Qazaxıstan... - Foto

İcra başçısını ittiham edən qohumu barədə qərar

Bu, Bakının mövqeyini gücləndirir - Yücə

Azərbaycan və Ukrayna XİN başçıları danışdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla