Yuxarı

ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib.

ANAMA-dan Axar.az-a verilən məlumatda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməsinin, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmasının və bələd olmadıqları ərazilərə daxil olmamasının vacibliyi vurğulanıb. Müraciətin mətnini təqdim edirik:

• Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə - DAYANIN, hərəkət etməyin!

• Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!

• Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!

Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Səməndər Əliqəmə oğlu Məmmədov isə qəlpə yaraları alıb. Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Rahim Əşrəf oğlu Qaraşov ikinci minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Tarix
2024.07.20 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla