Yuxarı

Tələbələrin köçürülməsinə başlanılıdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən 2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanıb.

Axar.az xəbər verir ki, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr iyulun 31-i 18:00-dək portaldan (portal.edu.az) qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və paroldan istifadə etməklə müvafiq bölməyə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər.

Sənəd qəbulu Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024- cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na uyğun olaraq elektron formada təhsil müəssisələri tərəfindən aparılacaq.

Ali və orta ixtisas təhsil müəssisələrinin normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.

Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal, qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması və tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr nəzərə alınan göstəricilər sırasındadır.

Xaricdən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Müraciətçilər qismən tanınma haqqında şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (tkta.edu.az; 146-8) müraciət etməlidirlər.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Tarix
2024.07.25 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Türkiyə rəsmiləri ilə görüşən İsrail generalı kimdir?

Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron

Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır

İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla