Yuxarı

Qonşusunun mağazasını soydu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşusunun mağazasını soydu

Bakıda mağazadan oğurluq olub.

Musavat.com-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

6-cı mikrorayondakı ərzaq mağazalarından birinin kassasından pul oğurlanıb. Məlumata görə, həmişə 24 saat açıq olan mağaza ötən gecə saat 3 radələrində bağlanıb. Bundan sonra qapını sındıran naməlum şəxs içəri daxil olub və kassadan 700 manatı götürüb. O, mağazadakı mallara dəyməyib.

Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində araşdırma aparıblar, əl-barmaq izləri götürülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, qonşuluqdakı avtoyuma məntəqəsinin işçisi oğurluq hadisəsindən dərhal sonra yoxa çıxıb. Onun qeydiyyatda olduğu Ucar rayonuna getdiyi güman edilir.

İş üzrə əsas şübhəli birdən-birə iş yerini tərk edən yuyucudur. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.03.28 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla