Yuxarı

Kabel oğruları ələ keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kabel oğruları ələ keçdi

Respublikanın daxili işlər orqanları tərəfindən ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi, fasizləsizliyi, eyni zamanda, bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizliyin təmin olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Daxili işlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, mart ayı ərzində müxtəlif vaxtlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağından Binəqədi rayonu ərazisində ümumilikdə 920 metr rabitə kabelinin oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə rayon Polis İdarəsinə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Abbas Əliyev tutularaq istintaqa cəlb edilib.

Müəyyən edilib ki, A.Əliyev müxtəlif vaxtlarda rayondakı ayrı-ayrı ünvanlardan telefon və internet kabellərini kəsərək yaşadığı evin həyətinə gətirib. Daha sonra həmin kabellərdəki misi çıxararaq Qorxmaz Davudov və Faiq Rəhimova məxsus metal qəbulu məntəqələrinə satıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Q.Davudov və F.Rəhimov da saxlanılıblar.

İstintaq zamanı müəyyən edilib ki, Q.Davudov oğurluq mallar Sumqayıt şəhərində yerləşən Bakı Mis İstehsalı MMC-yə, F.Rəhimov isə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki Elit Yatırım və Ticarət LTD STİ MMC-yə təhvil veriblər.

A.Əliyevin yaşadığı evə baxış keçirilərkən əlavə olaraq yüksək keyfiyyətli və müasir rabitə qurğuları üçün nəzərdə tutulan 110 metr optik kabel də aşkar edilərək götürülüb.

Rabitə kabellərinin oğurlanması barədə daxili işlər orqanlarına daha bir məlumat isə Aztelekom İB-nin Sumqayıt Şəhər Telekommunikasiya Qovşağından daxil olub. Müraciətdə işlək vəziyyətdə olan 32 metr uzunluğunda kabelin dirəklərdən kəsilərək aparıldığı bildirilib.

Sumqayıt Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elvin Nəsrullayev və Hikmət Fərəcov saxlanılıblar.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu və satışını həyata keçirən vətəndaşlara, həmçinin, özəl müəssisə və qəbul məntəqələrinin sahiblərinə, bu işlə məşğul olan bütün sahibkarlara müraciət edərək bildirir ki, əlvan metalların məntəqələr tərəfindən alqı-satqısı zamanı heç bir sənədləşmə olmur və bütün əməliyyatlar nağd hesablaşmalar vasitəsi ilə aparılır. Buna görə də, sahibkarlar öz fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar.

Tarix
2016.03.29 / 17:05
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla