Yuxarı

Göyçay sakini yeznəsini bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçay sakini yeznəsini bıçaqladı

Göyçay rayonunda qohumlar arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə martın 29-da saat 16:00 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Rayon sakini 1980-ci il təvəllüdlü Allahverdiyev Müşfiq Ağayusif oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı bacısının əri, Potu kənd sakini 1986-cı il təvəllüdlü İsgəndərov İlqar Əli oğluna döş qəfəsi və ayaq nahiyyəsindən 3 bıçaq xəsarəti yetirib.

Hadisə İlqar İsgəndərova məxsus məişət avadanlıqları mağazasının qarşısında baş verib.

Məlumata görə, hadisə zamanı Müşfiq Allahverdiyev şəxsi avtomobilindəki dəmir əşya ilə mağazanın şüşələrini də sındıraraq qaçıb. Hadisəyə İlqar İsgəndərovun Müşfiq Allahverdiyevin bacısı olan həyat yoldaşı ilə aralarındakı ailə münaqişəsindən sonra boşanma üçün məhkəməyə müraciət etməsi səbəb olub. Ağır bədən xəsarətləri alan İlqar İsgəndərov təcili olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən Müşfiq Allahverdiyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2016.03.30 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla