Yuxarı

Yaxın qohumları namizəd olduğu üçün fəaliyyətlərinə xitam verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın qohumları namizəd olduğu üçün fəaliyyətlərinə xitam verildi

Dairə seçki komissiyalarının üzvlərinin yaxın qohumları deputatlığa namizəd olduğuna görə onların fəaliyyətinə müvəqqəti xitam verilib.

Axar.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 69 saylı Biləsuvar dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Zaur Ədalətli və 96 saylı Goranboy-Naftalan dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Səyavuş Quliyevin fəaliyyətinə xitam verilib.

Onların əvəzinə müvəqqəti komissiya üzvləri təyin edilib.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, Referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsləri, namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər.

Tarix
2024.08.01 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla