Yuxarı

Bakıda 300 mini belə oğurladılar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 300 mini belə oğurladılar - Video

13:20

Bakının Nəsimi rayonunda ticarət mərkəzindən oğurluq edilib.

APA-nın məlumatına görə, hadisə Cavadxan küçəsi 5 ünvanında yerləşən "Moskva" univermağında baş verib.

Gecə saatlarında univermağa gələn naməlum şəxslər qapını sındırmaq yolu ilə içəri daxil olublar. Oğrular ticarət mərkəzindən təxminən 300 min manatlıq qızıl-zinət əşyalarını götürərək hadisə yerini tərk ediblər. Ticarət mərkəzinin mühafizəçisi hadisə zamanı yatdığından, oğurluqdan xəbəri olmayıb. O, hadisədən xəbər tutduqdan sonra polisə məlumat verilib.

Hadisənin baş verən əraziyə və nəzarət kameralarına polis tərəfindən baxış keçirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Dəstənin bütün üzvləri tutulmadığı üçün saxlanılan şəxslərin adı açıqlanmır. Oğurluqda iştirak edən digər şəxslərin axtarışları davam edir.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Bizimyol.info-nun əldə etdiyi videonu təqdim edirik:

Tarix
2016.03.31 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla