Yuxarı

İki il öncə itkin düşən hərbçilərimizin nəşi ailələrinə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki il öncə itkin düşən hərbçilərimizin nəşi ailələrinə verildi

19:49

İki il əvvəl Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət zamanı istiqaməti itirərək itkin düşmüş iki hərbi qulluqçulardan birin nəşi ailəsinə təhvil verilib.

Axar.az APA-ya xəbər verir ki, əsgər Fərid Əjdər oğlu Məmmədovun cənazəsi onun doğulub boya-başa çatdığı Ağdam rayon Orta Qərvənd kəndinə gətirilib.

Şəhidin vida mərasimi 8 avqust tarixində Ağdam rayon Quzanlı qəsəbəsində keçiriləcək. O, Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn ediləcək.

***

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayevin meyit qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

Onun qalıqları Məhsəti qəsəbəsində yaşadığı evə gətirilib. Firdovsi Abdullayevin meyitinin qalıqlarının ailəsinə təhvil verilməsi mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, hərbçilər və qazilər iştirak ediblər.

Firdovsi Abdullayevla sabah yaşadığı evdə vida mərasimi keçiriləcək. Onun meyitinin qalıqları sabah Gəncənin şəhidlər xiyabanında dəfn ediləcək.

Tarix
2024.08.07 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla