Yuxarı

6 yaşlı övladını öldürən ata tutuldu – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
6 yaşlı övladını öldürən ata tutuldu – Təfərrüat

Martın 31-də Ağstafada baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Musavat.com 6 yaşlı uşağın atası tərəfindən döyülərək öldürülməsi ilə bağlı yeni məlumatlar əldə edib.

Ağstafa rayon Qırlı kəndində 6 yaşlı Şəmsəddini taxta ilə döyərək öldürən şəxs - 1979-cu il təvəllüdlü Pərvanəyev Famil Şəmistan oğlu martın 31-də axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb.

Famil Pərvanəyev dünən axsam saatlarında 6 yaşlı Şəmsəddini taxta ilə döyərək bədən xəsarətləri yetirib. Uşağın vəziyyəti ağırlaşdığından təcili tibbi yardım çağırılıb. Həkimlər gəldiyində isə artıq uşaq dünyasını dəyişibmiş.

Əldə edilən məlumata görə, Famil Pərvanəyev Qazax rayon sakinidir. Döyərək öldürüdüyü 6 yaşlı Şəmsəddin onun ikinci - qeyri-rəsmi nikahda olduğu xanımından olan övladıdır. Onun ikinci evliliyindən 4 yaşlı qızı da var.

F.Pərvanəyevin birinci, rəsmi nikahda olduğu xanımı Qazax rayonunda yaşayır. Həmin xanımdan da iki övladı var.

Hadisə baş verən ev F.Pərvanəyevin qeyri-rəsmi nikahda olduğu ikinci xanımının ata evi olub. Onlar bayram ərəfəsində Qırlı kəndinə gəliblər. Bundan əvvəl isə Qazaxda, daha sonra isə Bakıda yaşayıblar.

Hadisə baş verdikdən sonra Famil Pərvanəyev evdən qaçmayıb. Təcili yardım çağırılanda uşağın öldüyü məlum olub. Hadisə yerinə polis əməkdaşları gəlib. Ağstafa Rayon Polis İdarəsinin rəisi və Ağstafa rayon prokuroru hadisə yerinə gəlib. İlkin araşdırma zamanı Famil Pərvanəyevin uşağı taxta ilə döydüyü məlum olub və o saxlanılaraq Polis İdarəsinə aparılıb.

6 yaşlı Şəmsəddin bu gün dəfn edilib.

Tarix
2016.04.01 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla