Yuxarı

"Azercell"in rouminq internet paketləri 90 ölkədə aktivdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell 90-dan çox ölkədə fəaliyyət göstərən 210-dan çox operatorun şəbəkəsində müxtəlif həcmli sərfəli rouminq internet paketlərini təklif edir.

Ən böyük məhsul portfeli: Lider mobil operator yerli telekommunikasiya bazarında rouminq internet paketləri üzrə ən böyük məhsul portfelinə sahibdir. Belə ki, Azercell abunəçiləri 100 MB həcmində günlük, 400 MB həcmində 3 günlük, 1 GB həcmində 14 günlük və 3GB həcmində 30 günlük internet paketlərindən yararlana bilərlər. Azercell-in korporativ abunəçiləri həmçinin istifadə müddəti 30 gün olan 10 GB-lıq paketdən də faydalanmaq imkanına malikdirlər.

Rahat və sadə istifadə qaydası: Paketlərin sifariş qaydası çox rahat və sadədir. Belə ki, rouminq internet paketlərini SMS, USSD kod və “Azercell” tətbiqi vasitəsilə aktivləşdirmək mümkündür. Ən əsası isə istifadə zamanı hesablama avtomatik olaraq paketin dəstəklədiyi şəbəkədən aparılır və telefonun ayarlarında prioritet operatorun seçilməsinə ehtiyac qalmır. Ətraflı: Rouminq internet paketləri

“Premium” tariflərinin abunəçilərinə isə seçdikləri tarif paketdən asılı olaraq hər ay 1GB, 2GB və ya 3GB həcmində rouminq internet paketi hədiyyə edilir. Ətraflı: Premium

Azercell-in bütün rouminq internet paketləri çərçivəsində səyahət zamanı WhatsApp-da yazışma ilə yanaşı, “Azercell” tətbiqi, Azercell-in rəsmi saytı və canlı çatdan (Live chat) pulsuz istifadə etmək mümkündür.

Qeyd edək ki, ümumilikdə Azercell-in rouminq xidmətindən mobil operatorun 165-dən çox ölkədə əməkdaşlıq etdiyi 390-dan çox operatorun şəbəkəsinə qoşularaq yararlanmaq olar.

Tarix
2024.08.13 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla