Yuxarı

Akademiyada orduya dəstək aksiyası - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin ruhunu yad etmək, eyni zamanda, ordumuza dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında "Biz Vətənimizin və Ali Baş Komandanımızın əsgəriyik" mövzusunda tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilib ki, müəllim və kursantların iştirakı ilə keçirilən tədbir erməni qəsbkarlarının təxribatı zamanı həlak olmuş vətəndaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov şəhidlərimizin doğmalarına səbir diləyib və Ermənistan silahlı qüvvələrinin aprelin 1-dən 2-ə keçən gecə atəşkəs rejimini xəyanətkarcasına pozmasından danışıb. O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatına qüdrətli ordumuz tərəfindən tutarlı cavab verilib, düşmən layiqli cavabını alıb: "Milli Ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün qarşı tərəfin mövqelərinə zərbələr endirərək onu susdurub. Əsgərlərimiz düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə mövqelərimizə və sakinlərimizə təhlükə törədən strateji əhəmiyyətli məntəqələri xilas ediblər. Ali Baş Komandan, prezident İlham Əliyev Təhlükəsizlik Şurasının toplantısını çağıraraq düşmənə layiqli cavabın verilməsi üçün lazımi əmrlər verib. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının və digər beynəlxalq təşkilatların atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırıb".

Akademiyanın rəisi düşmənin hər an atəşkəsi poza biləcəyini diqqətə çatdırıb, hər bir vətəndaşın, xüsusilə, hərbçilərin Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin əmrinə hazır olmasının vacibliyini bildirib.

Akademiya rəisinin müavini polkovnik Afət Qurbanov, kursantlar adından Yusif Qurbanlı və Rəşad Babazadə çıxış edərək bütün ölkə vətəndaşları kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini, tarixi torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazır olduqlarını bildiriblər.

Tədbir Akademiyanın şəxsi heyətinin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başa çatıb.

Tarix
2016.04.07 / 09:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla