Yuxarı

Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulu Məhərrəmlinin vəsatəti təmin edildi

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, Əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşımülki qaydada dəymiş ziyanın ödənilməsi barədə verdiyi şikayət üzrə məhkəmənin baxış iclası keçirilib.

Report-un məlumatına görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Q.Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlov vəsatətlə çıxış edib. O, hazırda Yasamal rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıldığını xatırladaraq prosesin təxirə salınmasını istəyib.

Vəsatət təmin olunub.

Proses aprelin 25-də davam etdiriləcək.

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Həmçinin A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Aprelin 1-də A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib. İclasda Q.Məhərrəmli iştirak edib, A.Alışanovu isə nümayəndəsi təmsil edib.

İş baxışa götürülməyib. Proses qeyri-müəyyən günə qədər təxirə salınıb. Məhkəmənin təxirə salınmasına səbəb şikayətçinin prosesdə iştirak etməməsi olub. Belə ki, Q.Məhərrəmli A.Alışanovun prosesdə iştirak etməsinə dair vəsatət qaldırıb. Məhkəmə iclasından bir neçə gün sonra prosesin aprelin 8-nə təyin edilməsi barədə qərar qəbul edilib.

Tarix
2016.04.07 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla