Yuxarı

Bacısını qətlə yetirdi, həyat yoldaşını isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısını qətlə yetirdi, həyat yoldaşını isə...

Sabunçu rayonu, Maştağa qəsəbəsindəki fərdi yaşayış evində qardaş bacısını qətlə yetirib, onun həyat yoldaşını isə bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, İzzət Cavadovanın yaşadığı evə gələn qardaşı əvvəlcə onu bıçaqlayıb, daha sonra isə onun həyat yoldaşı 32 yaşlı Vüsal Seyidrəhim oğlu Cavadova xəsarətlər yetirib.

Araşdırma nəticəsində qətl hadisəsinin təfərrüatı məlum olub.

25 yaşlı oğlan bacısı, 29 yaşlı İzzət Cavadovanı qısqanclıq zəminində qətlə yetirdiyi dəqiqlənib. Bəlli olub ki, İ.Cavadova əmisi oğlu, 32 yaşlı Vüsalla evlidir və onların bu nikahdan iki övladı var. Bir neçə gün əvvəl İ.Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünüblər. Bir həftə sonra isə 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb.


Bildirilir ki, İ.Cavadovanın həyat yoldaşı onunla boşanacağını deyib və övladlarının olduğunu, onların yetim böyüməməsini üstün tutduğunu söyləyib. Lakin İ.Cavadovanın kiçik qardaşı olan 25 yaşlı Samir onu öldürmək niyyətindən əl çəkməyib və evə gələrək bacısına 21 bıçaq zərbəsi endirib. İzzət Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. Hadisə vaxtı araya girən V.Cavadov da bir bıçaq xəsarəti alıb və qohumları tərəfindən xəstəxanaya gətirilib

Hadisə törətməkdə şübhəli bilinən şəxsi 14-cü polis bölməsinin əməkdaşları "isti izlər"lə müəyyən edərək yaxalayıblar. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.


Faktla bağlı araşdırmalar davam etdirilir. Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.

Tarix
2016.04.08 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla