Yuxarı

Əflatun Amaşov jurnalistlərə təşəkkür etdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əflatun Amaşov jurnalistlərə təşəkkür etdi – Foto

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Gündəlik Teleqraf" Media Qrupunu ziyarət edib.

Daha sonra Axar.az-ın kollektivi ilə görüşən Əflatun Amaşov cəbhədə baş verən hadisələrdən söz açıb.

Millət vəkili hərbi əməliyyatlar zamanı jurnalistlərin peşəkar davrandığını, cəmiyyətə dəqiq və dolğun informasiya verdiyini dedi. O, informasiya mübarizəsinin hazırda daha kəskin davam etdiyini, bu istiqamətdə xarici dildə versiyaları olan KİV-lərin üzərinə böyük məsuliyyət düşdüyünü xatırladıb və bu cür media qurumlarına dəstəyin vacib olduğunu diqqətə çatdırıb.

Azərbaycan-Ermənistan təmas xəttində vəziyyətin gərginləşdiyi məqamda onlayn medianı, o cümlədən Axar.az-ı diqqətlə izlədiyini, jurnalistlərin vətəndaş münasibəti göstərdiyini və gecə-gündüz çalışdığını vurğulayan millət vəkili KİV işçilərinə təşəkkür edib:

"Jurnalistlərin böyük əksəriyyəti təkcə işlədikləri media qurumlarında deyil, sosial şəbəkələrdə də aktiv oldular və cəbhədən doğru-dürüst xəbərlərin yalnız oxucularına yox, sosial şəbəkədə olan istifadəçilərə də çatdırılmasında rol oynadılar. Buna görə hamınıza təşəkkür edirəm və inanıram ki, bundan sonra da işimizi bu istiqamətdə inkişaf etdirəcəyik".

Ə.Amaşov həmçinin onlayn medianın maddi-texniki bazasının gücləndirilməsinə indi daha böyük ehtiyac duyulduğunu bildirib və bu barədə lazımı layihələrin işləndiyini qeyd edib.

Tarix
2016.04.08 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla