Yuxarı

Marketlərdə qiymət fərqi nədən qaynaqlanır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi məhsullar alıcılara vahid qiymətlə təklif olunur, o məhsullar həmin qiymətdən baha və ya ucuz satıla bilməz. Bunu Tarif Şurası tənzimləyir. Lakin bu qayda bütün məhsullara aid edilmir.

Bir çox məhsullar isə keyfiyyətində, ölçüsündə fərq olmasa da, fərqli qiymətlərə satılır. Bunu mağazanın özünün qiymət siyasəti, mağazaların yerləşdiyi ərazi ilə əlaqələndirənlər var. Yəni şəhərin mərkəzində yerləşən mağazanın xərcləri daha çox olduğu üçün məhsullar da nisbətən uzaqlıqdakı mağazaya görə daha baha satılır.

Axar.az xəbər verir ki, mövzu barədə Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli qiymət müxtəlifliyinin təbii olduğunu deyib:

"Qiymət mağazanın yerləşdiyi yerə, icarə haqqına və satılan məhsulların keyfiyyətinə görə fərqlənir. Bazar iqtisadiyyatıdır və qiymət siyasəti azaddır. Hər kommersiya subyekti öz mülahizəsinə görə qiymət tətbiq edir və qiymətlər tələb, təklif əsasında formalaşır. Əgər bu gün hansısa müəssisədə qiymət fərqlidirsə, bu, tələbin və həmin obyektin öz qiymət siyasəti əsasında formalaşır.

Hesab edirəm ki, qiymətlər azad rəqabət mühitində formalaşmalıdır. Rəqabət mühiti liberal olanda qiymətlər də buna uyğun formalaşır. Rəqabət böyük olanda qiymətlər daha aşağı, keyfiyyət daha yuxarı olur”.

Tarix
2024.09.15 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

"Qisas" əməliyyatından görüntülər yayıldı - Video

Bu nazirin müavinlərinin sayı artırıldı - Fərman

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla